Fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır.
Xezerxeber.az-ın xəbərinə görə, Təzəpir Məscidinin imamı Şamil Rəsulov bildirib ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir.
Onun sözlərinə görə, adətən, ailə üzvlərinin sayına uyğun olaraq fitrə zəkatı çıxarılmalıdır. O qeyd edib ki, fitrə zəkatının verilməsi ilə oruc tamamlanış hesab olunur.
Əgər fitrə zəkatı vermək istəyən şəxsin tanıdığı, ehtiyacı olan ailə ondan xeyli kənarda yaşayırsa bunu bank kartı vasitəsilə də reallaşdıra bilər…
Ramazan ayi bitmədən maddi imkani normal olan hər bir müsəlman fitrə sədəqəsi verməlidir.
Şamil Rəsulov əlavə edib ki, fitrə zəkatı verilən zaman əgər yaxın qohumlarda ehtiyacı olanlar varsa, əvvəlcə onlar nəzərə alınmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.