Əhalinin ən çox pul xərclədiyi sahələr bəlli olub.
Xezerxeber.az-ın məlumatına görə, yanvar-fevral ayının ticarət dövriyyəsinə əsasən, xərcləmələrin 50 faizi ərzaq məhsullarına sərf olunub.
İkinci yerdə isə içkilər və tütün məmulatları durur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov deyir ki, 2 ayda vətəndaşlar bu məhsullara 440 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənib.
Deputat deyir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik.
Qeyd edək ki, ilin ilk 2 ayında xərcləmələrin sadəcə 1,3 faizi, yəni 109 milyon manat kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.