Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsi bölgələrdəki sürücüləri qane etmir.
Xezerxeber.az-ın məlumatına görə, Qəbələdə taksi xidməti göstərən bir qrub sürücü yeni qaydalardan narahatdır.
Onlar qeyd edirlər ki, avtomobilləri yeni tələblərə cavab vermir. Yeni avtomobil almağa da imkanları çatmır.
Odur ki, rayonda fəaliyyət göstərən taksi şirkəti və sürücülər yeni qaydalarla bağlı rayonlara fərq qoyulmasını tələb edirlər. Onlar hesab edirlər ki, avtomobil yolları da nəzərə alınmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, mövcud qanun bütün respublika üçün nəzərdə tutulub. Rayonlar üçün hazırda heç bir istisna yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.