''Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır''.
Xezerxeber.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü zamanı deyib.
Rusiya Baş prokurorunun müavini Pyotr Qorodov isə vurğulayıb ki, dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir.
İranın baş prokurorunun müavini Qolam Abbas Torki isə qeyd edib ki, Xəzərdəki nərə balıqlarının qorunması bütün region üçün önəmli aspektlərdəndir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva isə bildirib ki, ''Qırmızı Kitab''a daxil olan nadir fauna və flora növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir...
Umayra Tağıyeva onu da qeyd etdi ki, bu il Azərbaycanda keçiriləcək COP29-un əsas komponentləri arasında Xəzər dənizindəki ekoloji dəyişiklik problemləri də mühüm yer tutacaq.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.