Xəzər Xəbər

Ermənıstanın mina terrorundan zərərçəkənlər və QHT-lərin birgə BƏYANATI VİDEO

Veb TV | 21:20 • 4 Aprel 2024
Ermənıstanın mina terrorundan zərərçəkənlər və QHT-lərin birgə BƏYANATI

Azərbaycan mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Bu gün də faktiki olaraq Ermənistanın mina müharibəsindən əziyyət çəkir.

Xezerxeber.az-ın xəbərinə görə, Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri və QHT-lərin birgə bəyanatında deyilir ki, Ermənistan uzun illər işğal altında saxladığı azərbaycan ərazilərində 1.5 milyondan çox mina basdırıb.

QHT sədri Səadət Bənəniyarlı deyər ki, beynəlxalq ictimaiyyət Ermənistanı mühakimə etməli və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmalıdır. Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır.

Səadət Bənəniyarlı deyir ki, Ermənistan minalanmış ərazilər barədə dəqiq xəritələri təqdim etmir. Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Mina təhdidi qayıdış prosesinə ciddi əngəldir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar