Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib. Bu gün Qoşulmama Hərəkatının daha güclü təşkilat olduğunu xatırladan dövlət başçısı Azərbaycanın təşkilata sədrliyi dövründə Konqonun dəstəyinin hər zaman hiss edildiyini bildirib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir.
Dövlət başçısı Azərbaycanın COP29-a çox ciddi hazırlaşdını da qeyd edib.
Konqo Prezidenti Deni Sassu-Nqesso bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verəcəyini bildirib.
Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.