Müqəddəs Ramazan ayı sona yaxınlaşır. Duaların qəbul olunduğu, günahların bağışlandığı bu ay fitrə zəkatı kimi vacib əməllə başa çatır. Fitrə yaradana şükr etməyin bir ifadəsi hesab olunur.
Xezerxeber.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyir ki, maddi vəziyyəti normal olan, oruc tutan və tuta bilməyən hər kəs fitrə-zəkatını çıxarmalıdır.
Fitrə müxtəlif məbləğlərdə çıxarıla bilər. Ancaq bu çox vaxt unla hesablanır.
Bayram axşamı çıxarılan fitrə növbəti gün bayram namazına qədər yaxınlıqdakı kasıb ailələrə çatdırılmaldır. Fitrə zəkatı ərzaq kimi verənlərə də rast gəlinir. Lakin pul şəklində verilməsi daha yaxşı olar ki, həmin vəsait ailəyə hansısa ehtiyacını qarşılamağa və ya uşaqların lazımlı ləvazimatlarını almaqda köməklik etsin.
Daha ətraflı videomaterialda: