Bir seans üçün 150-200 hətta 300 manat pul alırlar....Özlərinin isə bu sahədə diplomu yoxdur....
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə son zamanlar özünü psixoloq, psixatr və psixoterapevt kimi təqdim edən şəxslərin sayı çoxalıb.
Lakin əksəriyyətinin ali təhsillərinin olmadığı iddia olunur.
Azərbaycan Psixatriya Assosiasiyasının Prezidenti Nadir İsmayılov deyir ki, psixoloq, psixatr və psixoterapevt adından istifadə edən şəxslərə müraciət etmək, gələcəkdə səhhətimizdə ciddi problemlər də yarada bilər.
Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı isə deyir ki, bu cür şəxslər üçün qanunvericilikdə hər hansısa bir cəza tətbiqi yoxdur.
Vətəndaşlar bu cür şəxslərə müraciət edərkən onların ali təhsili ilə əvvəlcədən maraqlanmaları tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.