Bazarlarda bir-iki həftə əvvəl 1 kiloqramı 400 -500 manata təklif olunan alça indi 100 manata satılır.
Xezerxeber.az-ın məlumatına görə, mart ayının əvvəllərində bazarlarda kilosu 500 manata satılan alçaların qiyməti enib.
Satıcılar deyirlər ki, qiymətin enməsinə səbəb mövsümün yaxınlaşmasıdır. Satıcıların sözlərinə görə, alça üçün müraciət edən alıcıların sayı kifayət qədər çoxdur.
Əksər alıcılar isə bu məhsulu almaq üçün mövsümü gözlədiklərini bildiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.