Xəzər Xəbər

Şirvanda 9 aylıq uşaq vəfat edib - Uşağın atası qızının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edir VİDEO

Veb TV | 19:50 • 30 Mart 2024
Şirvanda 9 aylıq uşaq vəfat edib - Uşağın atası qızının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edir

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından vəfat edib. 

Xezerxeber.az-ın məlumatına görə, Şirvan sakini 2023-cü il təvəllüdlü Rzazadə Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Uşağın atası Hacıbala Bayramov qızının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.

Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə şifahi olaraq bildirilər ki,  9 aylıq qız uşağı bu gün səhər saat 07:30 radələrində TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə ölü vəziyyətdə daxil olub.

Faktla bağlı Şirvan Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar