Elektrik mühərrikli avtomobillərin qiyməti ucuzlaşa bilər.
Prezident İlham Əliyev "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında Sərəncam imzalayıb.
Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, sözügedən sərəncam ölkədə elektromobillərin istifadəsi istiqamətində səmərəliliyin artmasına yönəlib.
Ekspert həmçinin yaxın gələcəkdə elektrik mühərrikli avtomobillərə tələbatın artacağını proqnozlaşdırır.
Qeyd edək ki, elektrik mühərrikli avtomobillərin təşviqində əsas məqsədlərdən biri də ekosistemin yaxşılaşdırılmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.