Oruc tutan şəxslərin düzgün və balanslı qidalanması vacibdir.
Bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində həkim-diyetoloq Tutu Zeynalova deyib.
Mütəxəsis bildirib ki, Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır.
Tutu Zeynalova deyib ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Normadan artıq və fasiləsiz qida qəbul etmək həm ziyan, həm də artıq çəki problemi yarada bilər.
Mütəxəsislər xəstələrin, mütəmadi olaraq dərman qəbul edənlərin, hamilələrin və yaşlıların oruc tutmamasını məsləhət görürlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.