Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır. XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edib.
“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq”,- deyə məktubda qeyd olunub.
Bildirilib ki, ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir.
Konfransda xarici beynəlxalq təşkilatların nümayəndələri, ekpertlər bildirblər ki, Azərbaycan islamofobiyaya qarşı müqavimət göstərmək istiqamətində böyük işlər görür.
Konfransın ilk günündə açılış nitqləri ilə yanaşı, ayrı-ayrı panel müzakirələr təşkil olunub.
Qeyd edək ki, konfrans öz işini sabah yekunlaşdıracaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.