Xəzər Xəbər

Hipnozla arıqlamaq mümkündür? - Mütəxəssislər bu sualı cavablandırıb VİDEO

Veb TV | 21:25 • 8 Mart 2024
Hipnozla arıqlamaq mümkündür? - Mütəxəssislər bu sualı cavablandırıb

Son vaxtlar arıqlamaq üçün hipnoterapiyaya üz tutanlar artıb.

Xezerxeber.az-ın məlumatına görə, hipnoterapist Gülnarə İbişova deyir ki, diyeta saxlamadan və əməliyyatsız hipnozla arıqlamaq mümkündür.

O bildirir ki, hipnoz üsulu təkcə arıqlamaq üçün deyil, pis vərdişlərdən uzaqlaşmaq üçün də effektiv metoddur. Çönki hipnoz bir peşəkarın yardımı ilə insanın duyğu, düşüncə və qavramalarının yenidən haşiyələnməsi, davranışlarının dəyişdirildiyi prosesdir.

Gülnarə İbişova deyir ki, hipnoterapiya zamanı insanın şüaraltına təsir edilir və o, hansısa bir hərəkəti edib-etməməyə inandırılır. Ən əsas məsələ isə şəxsin özünün bunu istəməsidir.

Diyetoloqlar isə bunu tibbi olaraq mümkünsüz hesab edirlər.

Psixoloqlar isə bildirirlər ki, hər bir insan üçün inam və psixoloji təsir önəmli rol oynadığından hipnoterapiya da effektiv metod ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar