Xəzər Xəbər

Quru meyvələr və çərəzlər bahalaşıb QİYMƏTLƏR/VİDEO

Veb TV | 19:34 • 8 Mart 2024
Quru meyvələr və çərəzlər bahalaşıb

Quru meyvələrin və çərəzlərin qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var.

Satıcılar isə bildirirər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artıb. Ötən ilə nisbtən qiymətlərdə artım olduğunu onlar da təsdiqlədilər.

Satıcılar deyirlər ki, yerli məhsulla yanaşı, Türkiyə, Özbəkistan və Ukraynadan gətirilən çərəzlərə də tələbat yüksəkdir. Hazırda isə bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar