Elektirik mühərriki ilə işləyən avtomobillər üçün yeni enerji doldurma məntəqələri quraşdırılacaq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən, bir ay müddətində bunun üçün yerlər müəyyən edilməlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırda ölkədə xüsusi avadanlıqlarla təchiz olunmuş sürətli enerji doldurma məntəqələrinə ciddi ehtiyac yaranıb. Onun sözlərinə görə, paytaxt və bölgələrdə problemin həlli üçün geniş imkanlar var.
Ekspert qeyd edib ki, prosesdə aidiyyəti qurumların birbaşa iştirakı problemin vaxtında həll olunmasına imkan verəcək.
Ərşad Hüseynov bildirib ki, məntəqələr fəaliyyətə başlayandan sonra bu sahədə yeni enerji doldurma şəbəkəsi formalaşacaq. Bu ölkədə ekoloji cəhətdən təmiz avtomobillərin sayını daha da artıracaq.
Ekspert əlavə edib ki, bu işə sahibkarları da cəlb etmək üçün müəyyən güzəştlər tətbiq edilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.