29 gündə ölkə ərazisində 969 nəfər sükan arxasında sərxoş vəziyyətdə saxlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Statistik rəqəmlər onu deməyə əsas verir ki, fevral ayında bir gün ərzində ölkə üzrə 33 nəfərdən çox sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.
Görünən odur ki, hələ də bəzi sürücülər sərt tədbirlər və edilən xəbərdarlıqlara ciddi yanaşmırlar.
Bu arada ötən ay ərzində 1090 şəxs isə sürücülük hüququ olmadan avtomobil idarə edərkən aşkar edilib.. Yol polisi həmin şəxsləri stasionar postlar və digər xidməti ərazilərdə müəyyən ediblər.
Vəsiqəsi olmadan sükan arxasına əyləşib avtomobil idarə edənləri digər sürücülər də qınayıblar. Onlar bildirilər ki, bu çox təhlükəli haldır.
Qeyd edək ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs aşkar olunduqda inzibati qaydada 100 manat məbləğində cərimə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.