Şirvanda yol bir müddət öncə baş vermiş zəlzələdən sonra çöküb. Sakinlər belə iddia edirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət "Köhnə şəhər" adlanan yaşayı massivi ilə Çılpaqlı qəsəbəsini birləşdirən yoldan gedir.
Sürücülərin sözlərinə görə, yolun bir hissəsi çökdüyündən avtomobillərinin alt hissəsi yerə dəyir.
Sürücülər deyirlər ki, lazım olan ünvana getmək üçün məcburən alternativ yollardan istifadə edirlər. Bu da uzun məsafə qət etmələrinə səbəb olur. Sakinlər özləri yolun çökmüş hissəsini dolduraraq vəziyyətdən çıxmağa çalışsalar da, ağırtonnajlı avtomobillərin hərəkəti yolun yararsız vəziyyətə düşməsinə səbəb olub.
"Xəzər Xəbər" olaraq çəkilişimizdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları əraziyə baxış keçiriblər. Yolun çökmüş hissəsinə çınqıl tökülüb və üzərinə asfalt qatı çəkilib. Artıq yolda nəqliyyatın intensiv hərəkəti bərpa olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.