Xəzər Xəbər

Əvvəlcə iki bıçaqla hücum etdi, sonra baltaya əl atdı TƏFƏRRÜAT/VİDEO

Veb TV | 19:34 • 6 Mart 2024
Əvvəlcə iki bıçaqla hücum etdi, sonra baltaya əl atdı

Lənkəranda 69 yaşlı kişi balta ilə əvvəlcə həyat yoldaşına, sonra isə özünə xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Lənkəranın Mamusta kəndində baş verib.

Kənd sakini 69 yaşlı Şahəddin Məlikov, həyat yoldaşı 72 yaşlı Xanımqız Məlikovaya iki bıçaqla hücum edib. Arvadının onu aldadaraq küçəyə doğru qaçdığını görən kişi baltaya əl atıb. O, əlindəki balta ilə həyat yoldaşının başına və bədəninə zərbələr endirib.

Şahəddin Məlikov daha sonra özünə xəsarət yetirib. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların yaxınları bildiriblər ki, ər və arvad arasında dəfələrlə ailə münaqişəsi olub. Üç gün əvvəl məclislərin birində Şahəddin Məlikov həyat yoldaşını ölürəcəyi ilə hədələyib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Şahəddin Məlikov polis nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar