Xəzər Xəbər

Sosial şəbəkələrdə yaranmış qlobal problemin səbəbi nə idi? VİDEO

Veb TV | 20:39 • 6 Mart 2024
Sosial şəbəkələrdə yaranmış qlobal problemin səbəbi nə idi?

Ötən axşam "Facebook", "İnstagram" və "Threads" sosial şəbəkələrində qlobal problem yarandı.

Sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklandı. "Meta" şirkətinə məxsus 3 platformanın işləməməsi istifadəçilərin narahatlığına səbəb oldu.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, böyük şəbəkələrdə müəyyən vaxtlarda bu cür problemlərin yaşanması normaldır.

Problem saatlar içində həllini tapsa da, müəyyən iddialar ortaya çıxdı. Honq-Konq provayderi "HGC Global Communications Limited" şirkəti bəyan etdi ki, sosial şəbəkələrdəki nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır. Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.

Amma İKT mütəxəssisi Elvin Abbasov hesab edir ki, problem bundan qaynaqlanmır.

Qeyd edək ki, "Meta" şirkətinin açıqlamasında "sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez həll etdik", - deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti