Xəzər Xəbər

Azərbaycanın iri şəhərlərindəki qəzalı binalar yenilənəcək VİDEO

Veb TV | 21:38 • 6 Mart 2024
Azərbaycanın iri şəhərlərindəki qəzalı binalar yenilənəcək

Bakı, Gəncə və Sumqayıtda qəzalı binaların yenilənməsi və təmiri üçün layihə hazırlanıb. 

Bu binalarla əlaqədar görüləcək işlərlə bağlı yaradılan işçi qrupu tərəfindən təkliflər hazırlanıb. Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. 

Xezerxeber.az-ın məlumatına görə, Bakı ilə yanaşı, bölgələrdə də bu problem qalmaqdadır. Elə təkcə Gəncə şəhərində layihə üzrə 10-dan çox qəzalı bina siyahıya alınıb.

Eyni vəziyyət Sumqayıt şəhərində də hökm sürür. 

Mövzu ilə bağlı danışan inşaat üzrə ekspert Muxtar Ərturan deyib ki, Sumqayıt şəhərinin bir neçə mikrorayonunda qəzalı binalar mövcuddur. O, qəzalı binaların hansı ərazilərdə olduğunu da açıqlayıb. 

Artıq bu  məsələ ilə bağlı Dövlət proqramı hazırlanıb və proses yekun mərhələdədir.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sözügedən tədbirlər üçün 2023-2025-ci illər ərzində dövlət büdcəsindən ümumilikdə 150 milyon  manat vəsait tələb olunduğuna dair müraciət olunub.

Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar