Xəzər Xəbər

Xankəndi sürətlə yenidən QURULUR - Arxitekturanı pozan binalar isə SÖKÜLÜR VİDEO

Veb TV | 22:00 • 5 Mart 2024
Xankəndi sürətlə yenidən QURULUR - Arxitekturanı pozan binalar isə SÖKÜLÜR

Bir neçə gündür ki, Ermənistan mediası dünya ictimaiyyətini yenidən aldatmağa çalışır.

Xezerxeber.az xəbər verir ki, Ermənistan tərəfi dırnaqarası "Arsaxı azad etmiş döyüşçülər ittifaqı"nın və dırnaqarası "Arsax parlamenti"nin binasında görülən işləri tarixi abidələrin dağıdılması kimi qələmə verirlər. Əslində isə 2007 və 2013-cü ildə açılışı olan bu binaların heç bir tarixi abidə statusu yoxdur.

Qondarma ittifaqın işğal olunmuş Xankəndi şəhərindəki mərkəzi meydandakı binasının açılışı  2013-cü il mayın 9-da baş tutub. Mərasimdə əli azərbaycanlıların qanına batmış cinayətkarlar Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak ediblər.

1 milyon 500 min dollara tikilən dırnaqarası parlamentin binası isə 2007-ci ildə istifadəyə verilib. Heçbir sivilizasiya dövrünün tarixi elementlərini özündə əks etdirməyən bu binalar Xankəndi şəhərinin baş planının memarlıq elementlərinə yad ünsür kimi sonradan əlavə edilib.

Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.

Dırnaqarası "Parlament" binası Azərbaycan ərazilərinin işğalı, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib.

Politoloq Fikrət Sadıqov deyir ki, Erməni faşizminin və işğalın simvoluna çevrilmiş bu qanunsuz tikililərlə yanaşı, Qarabağda özündə seperatçılığı əks etdirən, faşizmi təbliğ edən heç bir abidənin varlığına icazə verilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

İşğal zamanı xunta rejimi Şuşada da "parlament binası" inşa etməyə başlamışdı. Lakin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi binanın inşasını yarımçıq, ermənilərin arzusunu gözündə qoydu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar