Qərb ölkələrində, xüsusilə Fransada islamofobiya geniş vüsət alıb.
Xezerxeber.az xəbər verir ki, bu fikirlər martın 8-9-da "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçiriləcək beynəlxalq tədbirə həsr olunmuş mətbuat konfransında səsləndirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 30 illik münaqişə dövründə Qərb siyasətçiləri Azərbaycana qarşı qərəzli mövqedən çıxış ediblər.
Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin rəhbəri Rəvan Həsənov isə deyib ki, İslamafobiya dünyanı narahat edən məsələ olsa da, Azərbaycan ilk ölkələrdən biridir ki bu məsələni qlobal müstəviyə çıxarıb, beynəlxalq ekspertlərin, beyin mərkəzlərinin müzakirəsini təşkil edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.