Xəzər Xəbər

Azərbaycana gətirilən elektormobillərin şarj məntəqələri qıtlığı – ARAŞDIRMA VİDEO

Veb TV | 20:20 • 5 Mart 2024
Azərbaycana gətirilən elektormobillərin şarj məntəqələri qıtlığı – ARAŞDIRMA

Avtomobillərin sayı artsa da, hələdə elektrikdoldurma məntəqlərinin sayı istənilən səviyədə deyil.

Xezerxeber.az xəbər verir ki, statistikaya əsasən, 2023-cü ildə 2021-ci il ilə müqayisədə sırf elektrik mühərrikli avtomobillərin idxalında 19 dəfə artım olub.

Ancaq iş orasındadır ki, sürücülər Bakıda elektikdoldurma məntəqələrinin az olmasından, bölgələrdə isə demək olar ki, olmamasından narazıdırlar. Əksər elektromobil sürücüsü çıxış yolunu avtomobili evdə enerji ilə təmin etməkdə görür.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, faktiki olaraq hökumət elektromobillərdən istifadəni stimullaşdırıb. Həmin avtomobillər idxal zamanı vergi və rüsumlardan azaddır. Həmçinin bu növ avtomobilləri elektriklə təmin edən avadanlıqların da idxalı zamanı bir sıra güzəştlər tətbiq edilir. Ancaq maraqlısı odur ki, müəyyən səbəblərə görə, biznes mühiti bu avadanlıqların gətirilməsi, infarstrukturun qurulmasında elə də maraqlı deyillər. Bunun başlıca səbəbi bu sektoruda gəlirin az olması ilə əlaqələndirilir.

Ekspert həmçinin hesab edir ki, zəruri infrastrukturun yaradılması üçün əlavə  dəstəyə də ehtiyac var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar