Xəzər Xəbər

Azərbaycan dili üzrə sertifikasiya imtahanına niyə ehtiyac yarandı? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:00 • 5 Mart 2024
Azərbaycan dili üzrə sertifikasiya imtahanına niyə ehtiyac yarandı? – TƏFƏRRÜAT

Azərbaycan dilini bilənlər və öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsi üçün sertifikasiya imtahanı keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanı verən şəxslər yaşına, cinsinə, çalışdıqları müxtəlif sferalar üzrə fəaliyyətinə görə çeşidlənəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanı modelinin təqdimatında bildirib.

Bildirildi ki, imtahan iki ay online qaydada,  pulsuz aktivləşdiriləcək. Sürücülər, satıcılar, müəllimlər və digər sahələrdə çalışanların bu imtahanlardan keçməsi DİM üçün önəmlidi. Şəxslər anonim şəkildə bu imtahandan keçə biləcəklər.

Məleykə Abbaszadə bildirdi ki, hər bir səviyyəyə uyğun olaraq sertifikatın müddəti, ən azı 2 il olmaqla müəyyənləşəcək. Qeyd edə ki, Azərbaycan dili proqramı və imtahan modeli ümumavropa çərçivə sənədi  və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib. İmtahan modeli ilə dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq olmaqla, dörd bacarıq üzrə Azərbaycan dili bilikləri qiymətləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024