Gəncədə ana və oğlu dəm qazından zəhərlənib.
Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Atatürk prospektində yerləşən binalardan birində qeydə alınıb.
Dəm qazından dünyasını dəyişən həmin ünvanda yaşayan 70 yaşlı Eteri Fərəcovadır. Hadisədən ilk xəbər tutan isə qonşular olub.
Bakıda yaşayan qızı Aygün Fərəcova anasının və qardaşının telefonlara cavab vermədiyindən narahat olub, qonşulara zəng vuraraq mənzilə baş çəkməyi xahiş edib.
Dünyasını dəyişən qadının övladı 39 yaşlı Rufan Fərəcov isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisəniin təfərrüatları araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.