"Elə vətəndaşlar var ki, borc götürür, torpağını, hətta evini satır ki, yasa gələnlərə ehsan verə bilsin".
Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Xəzər Xəbər”ə müsahibəsində deyib.
Millət vəkilinin sözlərinə görə, yas yerlərində süfrələri dolduraraq ehsan verilməsinin İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Siyavuş Novruzov həmçinin yas yerlərində qoyulan qiymətlərdən də danışıb.
Millət vəkili deyib ki, bir müddət öncə Naxçıvanın Şərur rayonu, Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilsə belə, yenə də insanların şəxsi qərarlarına əsasən yas yerlərində ehsanların verilməsi davam edir.
Deputat həmçinin yas yerlərinə baş çəkmək üçün gələnlərin mərasimdə 15 dəqiqədən çox qalmamasını tövsiyə edib, uzaq yerdə yaşayanların isə əgər çox yaxın insan deyilsə, yasda iştirak etməyinin elə də vacib olmadığını vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.