Xəzər Xəbər

Bakının mərkəzində yeni tikililərdə SƏNƏD PROBLEMİ VİDEO

Veb TV | 20:40 • 3 Mart 2024
Bakının mərkəzində yeni tikililərdə SƏNƏD PROBLEMİ

Binada yaşayış var, amma sənədsiz. Yeni tikilidən ev alan vətəndaşlar illərdir yaşadıqları mənzillərə çıxarış ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 16 mərtəbəli binadan gedir.

Digər şikayətçinin isə binadan 2018-ci ilin sentyabrından mənzil aldığını deyir. Onun sözlərinə görə, mənzillərinə çıxarışın verilməsi ilə bağlı MTK rəhbərliyinə müxtəlif vaxtlarda müraciət ediblər.

Vəd verilsə də, çıxarış verilməyib.

Səsləndirilən iddialarla əlaqədar "MİD-17" MTK ilə əlaqə saxladıq. MTK-nın rəhbəri Fədail İmanov "Xəzər Xəbər"ə problemin yaxın vaxtlarda həllini tapacağını bildirdi.

Onun sözlərinə görə, bütün sənədlər həm Fövqəladə Hallar Nazirliyi, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib və qarşı tərəfdən cavablar əldə olunub. "Yaxın müddətdə vətəndaşların şikayətləri öz həllini tapacaq",-deyə MTK rəhbəri bildirdi.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti