Xəzər Xəbər

Ağdamda mina partlayışının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 20:35 • 3 Mart 2024
Ağdamda mina partlayışının TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, Ağdamda mülki şəxs minaya düşüb. Hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

29 yaşlı rayon sakini Bəxtiyar Abbasov minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.

Hadisə o, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə ilə bağlı Daxili işlər nazirliyi, Baş prokurorluq və Minatəmizləmə agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Vətəndaşlar bir daha təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar