Xəzər Xəbər

Buraxılış imtahanı keçirildi – mobil telefon, imtahandan xaric olunanlar oldu VİDEO

Veb TV | 20:05 • 3 Mart 2024
Buraxılış imtahanı keçirildi – mobil telefon, imtahandan xaric olunanlar oldu

Xəbər verdiyimiz kimi, bu gün ümumitəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Abituriyentlər "Xəzər Xəbər"ə danışıblar.

Səhər saat 11-də başlayan və 3 saat davam edən imtahanda şagirdlərlə bərabər yaxınları da həyəcanlı idi.

Bu gün həm də Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu işğaldan azad olunan Ağdərə rayonunda təşkil olunan ilk imtahandır.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti