Xəzər Xəbər

"Qobu Park-3” yaşayış kompleksində binalar qəzalı vəziyyətə düşüb - İDDİA və RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:31 • 2 Mart 2024
"Qobu Park-3” yaşayış kompleksində binalar qəzalı vəziyyətə düşüb - İDDİA və RƏSMİ CAVAB

Bakının Qaradağ rayonunda yerləşən "Qobu Park-3” yaşayış kompleksinin sakinləri binalarının qəzalı vəziyyətdə olduğunu iddia edirlər.

Sakinlərin sözlərinə görə, əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sonradan sular binaların zirzəmilərinə dolub.

Xezerxeber.az-ın məlumatına görə, Füzuli rayonundan məcburi köçkün olan Zemfira Mehdiyeva deyir ki, binanın dəhlizində və liftinin ətrafında dərin çatlar əmələ  gəlib.

Sakinlər iddia edirlər ki, komplekdə təkcə 26-cı bina yox,   8 və 12 saylı binalarda da vəziyyət eynidir.

Bu barədə aidiyyatı dövlət qurumlarına da məlumat  verilib.

 "Azərsu" ASC dən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən yaşayış kompleksləri qurumun balansında deyil.

Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitədən bildirildi ki, sorğumuzla bağlı kompleksin tikintisini aparan podratçıya məlumat verilib. Şirkət nümayəndələri tərəfindən binaya baxış keçirilib. Onun texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, binanıın dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı heç bir problemin aşkarlanmadığı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti