Xəzər Xəbər

Borrel Azərbaycandan NƏ İSTƏYİR? - RƏYLƏR VİDEO

Veb TV | 22:22 • 28 Fevral 2024
Borrel Azərbaycandan NƏ İSTƏYİR? - RƏYLƏR

Almaniya qonşuluğunda yerləşən, "alovun üstünə benzin tökən" və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.

Lakin bununla  yanaşı Avropada  bəzi siyasətçilər hələ də ikili standartlardan çıxış edərək Ermənistanı qorumağa, Azərbaycanı isə ittiham etməyə çalışırlar.

Bunlardan bir isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelldir. Görünür,  ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən hələ də dərs çıxarmayanlar var. Görünür  bəziləri saxta  ittihamlar səsləndirərək gündəmdə qalmaq istəyir.

Bu gün əslində  Rusiya yeni reallıqları qəbul edir, ABŞ və Fransa da eyni cür hərəkət etməlidir. Çünki , Azərbaycan xarici siyasətinin əsas məğzi ondan ibarətdir ki, bizə olan münasibətə adekvat cavab verəcəyik. Ermənistana dəstək mesajları, onu silahlandırmaq, Azərbaycana qarşı hucuma təşviq etməklə Qərb heç nəyə nail ola bilməyəcək.

Politoloqlar Elçin Mirzəbəyli və Zaur Məmmədov Borrellin açıqlamalarını “Xəzər Xəbər”ə şərh ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar