Xəzər Xəbər

Bakıda və bölgələrdə narkotik ƏMƏLİYYATI VİDEO

Veb TV | 22:45 • 28 Fevral 2024
Bakıda və bölgələrdə narkotik ƏMƏLİYYATI

Narkotik satışına görə 10-dan çox şəxs saxlanılıb, 46 kq narkotik aşkar edilib...

Xezerxeber.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. 

Keçirilən silsilə tədbirlər zamanı 12 nəfər saxlanıb. Onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən Əlövsət  Həsənov, əhməd Babayev və elşad Hacıyev ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar. Faktlarla bağlı cinayət işləri başlanıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bu arada sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsi  tərəfindən külli miqdarda narkotikin qaçaqmalçılıq yolu ilə irandan azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə, yəni 41 kiloqram 535 qram marixuana, 1 kiloqram 15 qram metafetamin aşkar olunaraq götürülüb. fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zaqatalada isə əcnəbi narkotacirlə əlbir olaraq narkotik satmaqda şübhəli bilinən şəxs ifşa olunub. keçirilmiş əməliyyat tədbiri zamanı gəncə şəhər sakini mövsüm isgəndərov şübhəli qismində saxlanılıb. onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. araşdırma zamanı mövsüm isgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti