Xəzər Xəbər

Milli Məclisdə ölkədə suyun keyfiyyəti ilə bağlı MÜZAKİRƏ VİDEO

Veb TV | 20:25 • 28 Fevral 2024
Milli Məclisdə ölkədə suyun keyfiyyəti ilə bağlı MÜZAKİRƏ

Ölkədə suyun keyfiyyəti ürəkaçan deyil.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə içməli və suvarma suyu ilə bağlı itkiləri açıqlayıb.

İclasda kanalizasiya problemlərinə də diqqət çəkilib.

Deputat Məşhur Məmmədov isə deyib ki, bu gün Bakıya köçün əsas səbəblərində bir də həmin şəxslərin yaşadıqları bölgələrdəki su problemidir. Ona görə də bölgələrdə vətəndaşlar etibarlı su təchizatı ilə təmin olunmalıdır. Su problemi həll olunmazsa, bölgələr, kəndlər ildən-ilə boşalacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar