Xəzər Xəbər

Çərşənbə üçün yandırılan tonqal zamanı avtomobilin yanmasında təqsirkar KİMDİR? VİDEO

Veb TV | 20:10 • 28 Fevral 2024
Çərşənbə üçün yandırılan tonqal zamanı avtomobilin yanmasında təqsirkar KİMDİR?

Çərşənbə üçün yandırılan tonqal avtomobilin yanmasına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunda, Bakı-Quba avtomobil yolunun 12-ci kilometrliyində baş verib.

Məlumata görə, su çərşənbəsi üçün həyətdə yandırılan tonqaldan qığılcım yaxınlıqdakı avtomobilə düşüb. Bu zaman minik maşınının mühərrikində yanğın başlayıb.

Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə bölmələrinin əməkdaşları yanğına müdaxilə ediblər. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Nəzərə alsaq ki, hələ 3 çərşənbə var və bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün insanlar necə davranmalıdırlar?

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vüsalə Zahirova deyir ki, milli-mənəvi dəyərləri özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə tonqalı qalanarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir.

Qeyd olunanlarla yanaşı, süfrələrdə yandırılan şamlar da nəzarətsiz qalmamalıdır. Bəs bayram tonqalından düşən od parçası belə hadisələrə səbəb olduqda məsuliyyəti kim daşıyır?

Yəni bu o deməkdir ki, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, ərazi üzrə polis idarəsinin istintaq şöbəsində araşdırma apaarılır, təqsirkar müəyyən ediləndən sonra toplanan material məhkəməyə göndərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar