Əvvəllər sadəcə yuxarı sinif şagirdləri dərsdən sonra müəllim yanına hazırlığı gedirdilərsə, indi hətta məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar da repetitorlara üz tuturlar.
Xezerxeber.az-ın məlumatına görə, şagirdlərin kütləvi şəkildə repetitor hazırlıqlarına yönəlmələri müxtəlif səbəblərlə izah edilir.
Paytaxtda apardığımız sorğu zamanı vətəndaşların əksəriyyəti bunu orta məktəblərdə təhsilin keyfiyyətinin qənaətbəxş olmaması ilə əlaqələndirdilər.
Təhsil eksperti Kamran Əsədov deyir ki, hazırda ölkədəki ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Onların da yarısından çoxu məktəbdənkənar dərslərə qatılır. Adətən repetitor kimi seçilən şəxslər də məhz həmin məktəbdə çalışan müəllimlər olur.
Ekspert hesab edir ki, imtahanlar sadə olmalı və sadəcə sinifdə əldə edilən biliklər yoxlanılmalıdır. Onun sözlərinə görə, repititorlara tələbatı artıran digər səbəb isə şagirdlərin dərs yükünün çox olmasıdır.
Onun fikrincə, çantası özündən ağır olan uşaqlar fiziki cəhətdən yorulurlar. Bu isə sonradan dərsi yaxşı qavramamağa, hətta asosial və depressiv olmağa gətirib çıxarır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.