Xəzər Xəbər

Pul üstündə mübahisə qətllə nəticələndi VİDEO

Veb TV | 20:06 • 27 Fevral 2024
Pul üstündə mübahisə qətllə nəticələndi

Tərtərdə 40 yaşlı kişi qətlə yetirilib. 

Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saat saat 19 radələrində Elburus Şəmilovun öldürülməsi barədə Tərtər Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 53 yaşlı Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, qətlə yetirilən Elburus Şəmilov rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. İddiaya görə, o, Buruc kəndi ərazisində əkin sahələri üçün su pulu yığan zaman  Muradxan Hüseynovla mübahisə edib. Hadisə də bundan sonra olub.

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar