Hər gün yüzlərlə sürücü Bakı-Sumqayıt yolundakı avtobus zolaqlarına girdiyi üçün cərimələnir.
Xezerxeber.az xəbər verir ki, ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək üçün bir müddət əvvəl Bakı-Sumqayıt yolunda da avtobus zolaqları çəkildi. Amma bu qaydaya əməl etməyən xeyli sürücü var. Bu səbəbdən də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobuslar bəzən vaxtında mənzil başına çata bilmir.
Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yolda avtobus zolaqlarına qanunsuz daxilolmalar həftəiçi daha çox müşahidə edilir.
İdarə bir daha sürücüləri qaydalara əməl etməyə çağırıb. Bildirilib ki, avtobus zolaqlarına daxil olan sürücülərin aşkarlanması və onlara qarşı qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.