Xəzər Xəbər

Xocalı canilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində proses DAVAM EDİR VİDEO

Veb TV | 21:15 • 26 Fevral 2024
Xocalı canilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində proses DAVAM EDİR

Xocalı cinayətkarlarının məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bəzi hərbi cinayətkarlar, o cümlədən bəzi Xocalı cinayətkarları son dövrdə cinayət məsuliyyətinə cəlb ediliblər.

Ceyhun Bayramov sülh prosesi çərçivəsində Azərbaycanla Ermənistan nümayəndə heyətlərinin növbəti görüşünün anonsunu da verib.

XİN rəhbəri həmçinin qeyd edib ki, 5 aylıq müddəti Azərbaycan - Ermənistan şərti sərhədində ən sakit dövr kimi qiymətləndirmək olardı. Ancaq bəzi dairələr şərti sərhəddəki sakitlikdən narahat idi və nəticədə də orada ard-arda təxribatlar baş verdi.

Bu təxribatlarda, eləcə də sülh prosesinin ləngiməsində Fransanın da rolu az deyil. Nazir qeyd edib ki, son olaraq Fransa müdafiə nazirinin Ermənistana səfəri və təhrikedici açıqlaması, həmçinin Fransa tərəfindən atılan digər addımlar məqsədli və planlıdır. Bütün bunlar müsbət inkişafın qarşısını almağa yönəlib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar