Xocalı bəlkə də tarixin ən dəhşətli anlarının yaşandığı faciədir. Bir gecədə uşaqlar anasız, analar balasız, şəhər isə insanlarsız qaldı... Neçə-neçə ailələr silindi yer üzündən...
Həm gün Xocalı əliyalın kişilərin və ayağıyalın qadınların ümidinə qalmışdı.
Arxamca düşən güllənin izini çayda itirmək istəyirdim. Sadəlövh kimi adı Qarqar olan çaydan isti gözləyirdim. Mən anayam. Amma həmin anda mənim ayaqlarım altındakı cənnət yox cəhənnəm idi. Behişt qucağımda idi. Bir qucaq cənnətlə Allahı axtarırdım. Mənim arxamca atılan güllə yerimi əzizlərimdən soruşdu. Onlar isə demədi. Əbədi susmaq bahasına olsa da...
Mənim ad günüm fevralın 28-dir. Düz tapdız mən ölü doğulmuşam. Həmin gün şirin həyatımın üstündə yanan 2 şam söndü. Onu düşmən üfürüb söndürdü. Mənə isə arzu tutmaq qalırdı. Allah bizim son görüşümüzü öz evində keçirdi.
“Xəzər Xəbər”in əməkdaşı Ruzanna Kərimlinin hazırladığı videomaterial baş verənləri yuxu kimi xarakterizə edir.
Daha ətraflı videomaterialda: