Xocalıdakı orta məktəbdə görülən işlər yekunlaşmaq üzrədir.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq.
Emin Əmurullayev Xankəndinin Kərkicahan qəsəbəsindəki məktəblərlə bağlı müvafiq inventarlaşma işləri aparıldığını da deyib.
Emin Əmrullayev həmçinin bildirib ki, Qarabağ Universitetinin yüksək bal toplayan tələbələrinə əlavə həvəsləndirici təqaüd veriləcək. Eyni zamanda, universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.
Son zamanlarda məktəblərdə baş verən xoşagəlməz hadisələrə də münasibət bildirən nazir vurğulayıb ki, bütün hadisələr araşdırılır və təsdiqini tapdığı halda ona uyğun tədbir görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.