Onlar dərdlərini, dərd isə onları danışdırır bu gün....
Yuxu kimi gəlir bəzən adama başına gələnlər.... Xocalı isə xocalıların ayılmaq istəyib, amma dəhşətli yuxuya qərq olduqları müsibətdir.
Xezerxeber.az xəbər verir ki, bu gün həmin müsibətlərin yaşanmasından 32 il ötür.
Budəfəki anım mərasimində fərqli hisslər yaşanır. Xocalımızın azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.