Bakıda yeniyetmə qıza qarşı 156 saylı məktəbin 11-ci sinif şagirdi tərəfindən zorakılıq edilməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Komitə sədri deyib ki, uşaqlara qarşı bullinqlə bağlı dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.
Komitə sədri qeyd edib ki, bu istiqamətdə işlər aparmaqla bu cür halların qarşısını müəyyən qədər almaq olar.
Bahar Muradova bir neçə gün əvvəl Türkan qəsəbəsində atası tərəfindən işgəncələrə məruz qalan azyaşlı ilə bağlı da araşdırmaların aparıldığını deyib.
Erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan Bahar Muradovanın sözlərinə görə, bu məsələdə cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.