Son zamanların əsas problemlərdən biri də azyaşlıların gec danışmasıdır. Buna görə də əvvəlki illərlə müqayisədə hazırda loqopedlərə, psixoloqlara edilən müraciətlər də artıb.
Xezerxeber.az-ın məlumatına görə, loqoped Esmira Qafarova deyir ki, uşaq 2 yaşına kimi danışmırsa, bunu normal hal kimi qəbul etmək olar. Ancaq 2 yaşdan sonra mütləq danışmalıdır.
Mütəxəssis hesab edir ki, uşaqların danışmamasının və ya danışmaqdan imtina etməsinin 2 əsas səbəbi var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: