Xəzər Xəbər

Buraxılış imtahanlarına yenilik edilir VİDEO

Veb TV | 21:12 • 25 Fevral 2024
Buraxılış imtahanlarına yenilik edilir

Bu ildən etibarən ilk dəfə olaraq buraxılış imtahanının sual kitabçalarının şagirdlərdə qalmasına icazə veriləcək. Ekspertlərin fikrincə, şagirdlərə bu imkanın verilməsi, xüsusilə mübahisə yaradan sualların həllində mühüm rol oynayacaq.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə isə deyir ki, sual kitabçaları yalnız imtahanda sona qədər oturan şagirdlərə veriləcək.

Onun sözlərinə görə, uzun illərdir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən test bankının zənginləşdirilməsi işləri aparılır. Bu, imkan verir ki, imtahandan dərhal sonra həmin kitabçalar şagirdlərə verilsin.

Ekspertlər isə hesab edirlər ki, bunun bir çox müsbət tərəfləri olacaq.

Qeyd edək ki, DİM tərəfindən mart ayından etibarən ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin yekun attestasiyasının aparılmasına başlanılacaq. Martın 3-ü və 11-də 11-ci sinif şagirdləri, martın 17-si, aprelin 7-si və 21-də isə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar