32 ildən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi şəhərin özündə anılacaq.
Xezerxeber.az-ın verdiyi məlumata əsasən, Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, bu il ilk dəfə olaraq bir qrup rayon sakini soyqırımı qurbanlarını doğma torpaqlarında yad edəcəklər. Onun sözlərinə görə, da soyqırmı abidəsi də qoyulacaq. Millət vəkili deyir ki, Anım gününü Xocalıda keçirmək şəhidlərin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır.
Millət vəkilinin sözlərinə, Xocalıda bu işlərin görülməsi xüsusi diqqətdə saxlanılacaq.
Millət Vəkili əlavə edib ki, nəinki Xocalıda, işğaldan azad olunmuş digər ərazilərdə də erməni vəhşiliyini özündə əks etdirən muzeylər yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.