Mirkoavtobusla yük maşını toqquşub.
Xezerxeber.az xəbər verir ki, Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunda səhər erkən saatlarda qeydə alınıb.
Hətəkətdə olan mirkoavtobusla yük maşını toqquşub. Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub və qəza nəticəsində Mesredesdə sıxılmış vəziyyətdə qalan sərnişin 43 yaşlı Duman Abdullayevin meyiti çıxarılıb. 2 yaralı - 39 yaşlı kişi və 59 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib, xəstəxanadan onların vəziyyətini orta kafi olduğu deyilir.
Lənkəranda isə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Şağlaser kənd sakini Səyadulla Əsgərovun idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 65 yaşlı Firdovsi Paşayevi vurub.
Hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.İlkin məlumata görə hadisəyə səbəb əlverişsiz hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.