Xəbər verdiyimiz kimi, mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən dəstə saxlanılıb.
Qobustan rayonunun çuxanlı və yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - fərid ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş qəzənfər isaqlı, qərib ismayılov, cahandar cəbrayılov və müşviq həsənov saxlanılıb.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib. faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır...
Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumi dəyəri 10000 manat olan 1750 metr kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrahimov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb. Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Hazırda onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılı
Şirvanda isə bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov saxlanılıblar.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq faktını etiraf ediblər.Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı Zaur Pənahovun törətdiyi digər oğurluq faktlarının üstü də açılıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs ötən ilin dekabr və bu ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən və iki avtomobil müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurub.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.