Mənzil başına tez çatsa da, qəza riskini 6 bəzi hallarda 12 dəfə artırır.
Xezerxeber.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddininaşılması ilə bağlı müraciət edib.
Belə ki, avtomobili 120km/saat sürətlə idarə edən sürücü mənzil başına maksimum 4 dəqiqə tez çata bilər, amma qəza riskini 6 dəfə artırmış olur.
Müraciətdə bildirilir ki, yollarda sürət həddinin aşılması sürücülər ölümə aparır. Sürücü avtomobili 140km/saat sürətlə idarə etsə belə, yenə də mənzil başına çox az zaman fərqi ilə çatır. Ölüm riskini isə 12 dəfə artırmış olur.
Baş Dövlət Yol Polisi İdarəsindən həmçinin o da bildirildi ki, sürücülərlə yanaşı piyadaların da qayda pozması halları az deyil. Piyada vurulması ilə nəticələnən qəzalar artıb.
Qeyd edək ki, keçən il qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlı olub. Bu da ümumi yol-nəqliyyat hadisələrinin təxminən 40 faizini təşkil edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.