Dərsliklərə məişət zorakılığı ilə bağlı mövzular salınacaq.
Xezerxeber.az xəbər verir ki, bu "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək. Mövzuların salınması zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınacaq.
Deputat Ceyhum Məmmədov da deyir ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək olduqca vacibdir. Millət vəkili bunun ayrıca fənn halında deyil, mövzular şəklində təşkilini daha məqsədəuyğun hesab edir.
Ceyhun Məmmədov bildirir ki, məktəb tərbiyə yox, təhsil müəssisəsidir. Uşağın hadisələrə yanaşma tərzi, ətrafdakılara münasibəti ailədə formalaşır. Dərsliklərdəki tərbiyəvi mövzular burada maarifləndirmə rolunu oynaya bilər.
Deputat hesab edir ki, qanunvericliyi sərtləşdirməklə məişət zorakılığının qarşısını almaq mümkün deyil. Tərbiyə təhsillə vəhdət təşkil etməlidir. Burada ciddi koordinasiya da olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.